Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, palçıq vulkanlarının seysmik monitorinqi şəbəkəsi tərəfindən növbəti püskürmə bu gün yerli vaxtla saat 04:04-də qeydə alınıb. Püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada olub. Birinci faza yerli vaxtla 04:04-də, ikincisi 05:20-də, üçüncüsü isə 05:31-də qeydə alınıb. Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km olub.