Sərçə ovlamaq istədi, səhvən arvadını güllələdi – Goranboyda ağlasığmaz hadisə

Ailənin əkiz övladları uzun müddətdir səhhət problemi yaşayırmış. Valideynlər isə quş ətinin – xüsusilə də sərçə ətinin – müalicəvi təsiri olduğuna inanaraq, özləri sərçə ovuna çıxıblar. Ancaq bu “təhlükəli müalicə üsulu” faciə ilə nəticələnib.
Hadisə zamanı kişi sərçə vurmaq istədiyi anda silahdan açılan atəş həyat yoldaşı, 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyevaya dəyib. Qadın qarın nahiyəsindən güllə yarası alaraq dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi ilkin məlumata görə, onun vəziyyəti orta-ağırdır, amma stabildir.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. İlkin versiyaya görə, güllə ehtiyatsızlıq nəticəsində atılıb.
Bu hadisə sosial mediada da böyük rezonans doğurub.
Musavat.com