Elgünün məktəb yoldaşının da meyiti tapıldı

Elgünün məktəb yoldaşının da meyiti tapıldı Dünən Gəncədə “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı oğlanın meyiti tapılıb. Məlum olub ki, meyit Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ümid Niftəliyevə məxsusdur.
Tribunainfo.az xəbər verir ki, intihar etdiyi deyilən Ü.Niftəliyev də ötən ay istifadəsiz qalan binadan yıxılaraq ölən Elgün İbrahimovun məktəb yoldaşı olub. Hər iki yeniyetmə 34 nömrəli məktəbin şagirdləri olublar.
Qeyd edək ki, Ü.Niftəliyevin təmir sexində qardaşının yanında usta köməkçisi kimi işlədiyi bildirilib.

Geri qayıt