“Qafqazinfo” nun məlumatına görə, bu gün günorta saatlarında Qusar rayonu Gündüzqala kənd ərazisindən keçən Quru çaya sel gəlib. Həmin kəndin sakini, 29 yaşlı Farik Fərid oğlu Rəsulovu sel aparıb. *** Əldə etdiyimiz məlumata görə, həmin şəxsin meyiti tapılıb.