Tank əleyhinə mina partlayıb, ANAMA əməkdaşı həlak olub

Tank əleyhinə mina partlayıb, ANAMA əməkdaşı həlak olub 2026-cı il 14 aprel tarixində işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.
 
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
 
Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib.
 
Hadisə nəticəsində əməkdaş həyatını itirib.

Geri qayıt