Həmin şagird hoteldə ölübmüş
Bakıda vəfat edən 18 yaşlı oğlan Beyləqan rayonunda dəfn olunub.Belə ki, iyunun 10-u saat 18 radələrində “Novxanı Spring” hotelində olarkən onun halı qəfil pisləşib və dünyasını dəyişib.
Məktəblinin hoteldəki ölümü ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, E.Aslanlı iyunun 13-ü orta məktəbdən məzun olacaqdı.

