Azərbaycanda güclü zəlzələ oldu - Yenilənib
Azərbaycanda zəlzələ baş verib.***
Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanlar saat 15:13-də, Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda qeydə alınıb.
5.1 maqnitudalı zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.
***
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.
