"Yaxın saatlarda təkanlar gözlənilir" - Qurban Yetirmişli

Xəbər verdiyimiz kimi, bir neçə dəqiqə əvvəl Azərbaycanda – Qəbələ rayonunda və ətraf ərazilərdə güclü zəlzələ baş verib.
Yenilik.az xəbər verir ki, manset.az zəlzələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlidən açıqlama alıb. O, baş verən zəlzələnin 5 baldan çox olduğunu bildirib:
“Bəli, bu dəqiqələrdə Qəbələ rayonunda güclü zəlzələ baş verib. Zəlzələnin gücü 5 baldan çox olub, ətraf rayonlarda da hiss edilib. Güman edirəm ki, ciddi dağıntılar olmayacaq. Yaxın saatlarda təkrar təkanlar gözlənilir”.
Geri qayıt