İnək yaşlı qadını vuraraq ağır yaralayıb

İnək yaşlı qadını vuraraq ağır yaralayıb Şamaxıda 62 yaşlı qadını inək vuraraq ağır xəsarət yetirib.[banner_yaziortasi]{banner_yaziortasi}[/banner_yaziortasi]


Hadisə rayonun Şəhriyar qəsəbəsində baş verib.



Qəsəbə sakini 62 yaşlı Ömərova Əsmər Qədir qızı tövlədə inəyi bağlayan zaman bir anda heyvan onun üzərinə hücum edərək vurub.



Ağır bədən xəsarətləri alan yaralı ailəsinin köməyi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.



Əsmər Ömərovaya ilkin yardım göstərilib. Lakin qadının vəziyyəti ağırlaşdığından o, payxtaxta göndərilib.



Faktla bağlı araşdırma aparılır.

Geri qayıt