Yenilik.Az
www.Yenilik.Az » Hüquq guşəsi » Deputatın təşəbbüsü ilə Abşeron və Qobustan rayonlarında vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Deputatın təşəbbüsü ilə Abşeron və Qobustan rayonlarında vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Deputatın təşəbbüsü ilə Abşeron və Qobustan rayonlarında vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
2021-07-30 , 01:18

Milli Məclisin deputatı Şahin Seyidzadənin təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə Abşeron və Qobustan rayonlarının sakinlərinə pulsuz hüquqi yardım göstərilib.

 
Belə ki, 23 iyul tarixində Qobustan rayonunda, 29 iyul tarixində isə Abşeron rayonunun Ceyranbatan, Qobu, Hökməli, Güzdək və Aşağı Güzdək qəsəbələrinin sakinləri ilə görüş təşkil olunmuşdur. Görüşlərdə Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri Könül Məmmədova və  Pərvanə Hüseynova tərəfindən 20-ə yaxın vətəndaşın mülki, əmək, sosial təminat və s. sahələri üzrə müraciətlərinə baxılıb, şifahi və yazılı hüquqi məsləhətlər verilib.























Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.