Yenilik.Az
www.Yenilik.Az » Hüquq guşəsi » Çoxuşaqlı analarla bağlı qərar dəyişdi

Çoxuşaqlı analarla bağlı qərar dəyişdi

Çoxuşaqlı analarla bağlı qərar dəyişdi
2021-09-29 , 20:58

Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edib.

Baş nazir Əli Əsədovun imzaladığı qərarla artıq üç deyil, beş və daha çox övladı olan analar çoxuşaqlı sayılacaq.

Sənədə əsasən, çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün qadının beş və daha çox uşaq dünyaya gətirməsi, onları 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı tələb ediləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.