Yenilik.Az
www.Yenilik.Az » Hüquq guşəsi » DMX-dən xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxslərə müraciət - VİDEO

DMX-dən xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxslərə müraciət - VİDEO

DMX-dən xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxslərə müraciət - VİDEO
2021-10-28 , 16:23

Dövlət Miqrasiya Xidməti (DMX) xarici dövlətlərin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.

Qurumdan bildirilib ki, xarici ölkə vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları qanunvericiliyin tələbinə əsasən bu barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir.
Qeyd olunub ki, bunun üçün əvvəlcə xidmətin rəsmi internet səhifəsinə daxil olub "elektron xidmətlər" bölməsi seçilməlidir. Daha sonra "Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi" pəncərəsinə daxil olunmalıdır.
"Sənəd üzrə məlumatlar" hissəsində müvafiq xanalar doldurulmalıdır.
İkinci addımda şəxsi məlumatlar pəncərəsindəki xanalara aidiyyəti informasiyalar qeyd edilməlidir. Növbəti mərhələdə "müraciət məlumatları" pəncərəsinin doldurulması tələb olunacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.