Yenilik.Az
www.Yenilik.Az » Hüquq guşəsi » Azərbaycanda rəsmi sənədlər üçün hicablı formada şəkil çəkdirmək qadağandır?

Azərbaycanda rəsmi sənədlər üçün hicablı formada şəkil çəkdirmək qadağandır?

Azərbaycanda rəsmi sənədlər üçün hicablı formada şəkil çəkdirmək qadağandır?
2021-04-27 , 18:46

Son günlər sosial şəbəkələrdə bəzi şəxslər şəxsiyyət vəsiqəsi, o cümlədən pasport üçün hicablı şəkil çəkdirə bilmədiyindən şikayətlənir. Qeyd edilir ki, həmin şəxslər məcbur olub hicabsız şəkildən istifadə edirlər və bu da onların narahatlığına gətirib çıxarır. 

Maraqlıdır, Azərbaycan hicablı formada şəkil çəkdirmək qadağandır?

Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov bununla bağlı Sfera.az-a açıqlama verib. O bildirib ki, Azərbaycan Respublikasında heç bir normativ sənədlə, yəni qanun qüvvəli aktla və ya sahəvi təlimatla pasport və şəxsiyyət vəsiqəsində hicablıların hicabla şəkil çəkdirməsi qadağan edilməyib:

"Ümumiyyətlə, pasport və şəxsiyyət vəsiqəsi üçün çəkilən şəkillərlə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) standartları var. Bu, 9303 nömrəli sənədlə təsdiq olunub. Orada şəkillərin hansı formada çəkilməsi ilə əlaqəli məlumatlar konkret olaraq göstərilib. Şəxsin şəkil çəkdirən zaman üzü örtülü olmamalıdır.  Üz quruluşu tamamilə açıq olmalıdır. Baş örtüyünün olması qadağan deyil”.

Vəkil qeyd edib ki, bunlarla yanaşı, pasport və şəxsiyyət vəsiqəsi üçün şəkillə bağlı digər məhdudiyyətlər də var:

"Məsələn, eynəklə bağlı. Şəxsin üz görüşünün sənəddə tamamilə əks olunmasından söhbət gedir. Eynəkli olanda onun məhz göz nahiyəsi aydın görünməlidir, eynək onu qapamamalı, tünd olmamalıdır. Həmçinin hicab onun gözünü, ağzını, burnunu örtməməlidir. Aydın siması təsvir edilməlidir. Məhdudiyyətlər sırf bu yöndədir. Heç bir sənəddə "hicablı şəkil çəkdirilə bilməz” sözü qeyd olunmayıb”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.