Yenilik.Az
www.Yenilik.Az » İdman » Messi “Barselona” ilə vidalaşarkən ağlayıb – VİDEO

Messi “Barselona” ilə vidalaşarkən ağlayıb – VİDEO

Messi “Barselona” ilə vidalaşarkən ağlayıb – VİDEO
2021-08-09 , 07:38

İspaniyanın “Barselona” klubu ilə yolları ayrılan Lionel Messi bu gün mətbuat konfransı keçirib.

TİA.AZ-ın məlumatına görə, argentinalı ulduz göz yaşları içərisində “Barselona” ilə vidalaşıb.
Lionel Messi mətbuat konfransında gələcək karyerası, Parisin PSJ klubuna keçidinin mümkünlüyü barədə sualı da cavablandırıb. O, PSJ-yə keçidinin mümkün variantlardan biri olduğunu, ancaq hələ rəsmi olaraq müqavilə imzalanmadığını, danışıqlar aparıldığını bildirib. Eyni zamanda “Barselona”nın bəyanatından sonra ona digər klublardan da çoxlu zənglər olduğunu açıqlayıb.
O, nə zamansa yenidən “Barselona”ya qayıda biləcəyinə ümid etdiyini də söyləyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.