Yenilik.Az
www.Yenilik.Az » İdman » Nura Suridən rusdilli təhsilə dəstək

Nura Suridən rusdilli təhsilə dəstək

Nura Suridən rusdilli təhsilə dəstək
2022-03-07 , 17:54

Rusiya-Ukrayna müharibəsi ilə bağlı olaraq son günlər rus dilli təhsilin yığışdırılmasını tələb edənlər çoxalıb. 

Sfera.az bildirir ki, bu qalmaqala sənət adamları da qoşulub. Onlardan biri də ifaçı Nura Suridir. O, rus dilini müdafiə edərək deyilənlərin yersiz çağırış olduğunu söyləyib:

"Rus ədəbiyyatı o qədər zəngindir ki - Dostoyevskini, Bulqakovu, Tolstoyu məhz rus dilində oxumaq bir başqa aləmdir. Heç kəs əbədi deyil. Lenin, Stalin kimi bir gün Putin də ölüb gedəcək. Hər şey dəyişəcək bir gün.  Bu "rusdilli məktəblər bağlansın" kimi statuslar yazırsınız tez-tez,  bir az dərin düşünün. Emosiyalara qapılıb ani qərarlar vermək yersizdir”. 

Müğənni, həmçinin övladlarını nümunə gətirib: 

"Mənim övladlarım 3 dildə danışırlar - ana dili, ingilis, rus. İngilis dilində təhsil alıblar - hazırlıq, məktəb, universitet. Əlavə olaraq böyük və kiçik fransız, ortancıl alman dilini də öyrəniblər. Amma yalnız David (kiçik oğlum) 4 dildə sərbəst danışır (əlavə olaraq fransız dili). Dil bilmək hər mənada yaxşıdır. Azərbaycanda xaricdən gələn başqa millətləri də nəzərə almaq lazımdır. Bizdə türk, fransız, ingilis, rus təmayüllü məktəblər mövcuddur. Ölkəmizdə yaşayan, şirkətlərdə çalışan başqa millətlərin nümayəndələrinin övladları da rahat təhsil ala bilsin deyə hər şərait var”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.