Yenilik.Az
www.Yenilik.Az » İdman » Region Liqasında hakimi döydülər – VİDEO

Region Liqasında hakimi döydülər – VİDEO

Region Liqasında hakimi döydülər – VİDEO
2022-04-25 , 07:35

Regionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində Binə qəsəbə stadionunda keçirilən “Cəbrayıl” – “Energetik” matçında dava düşüb.

Hadisə matçın son dəqiqələrində yaşanıb.
Belə ki, 0:0 hesabı ilə davam edən qarşılaşmada Mingəçevir təmsilçisinin futbolçuları baş hakimə etiraz ediblər, daha sonra referini döyüblər.
Bundan sonra fit sahibi qarşılaşmanı dayandırıb, oyun davam etməyib.
Qeyd edək ki, Mingəçevirdəki ilk oyun Cəbrayıl təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected].com
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.