“Roma” koronavirusa görə İspaniyaya getmədi

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Sevilya" ilə qarşılaşmalı olan “Roma" İspaniyaya getməyib. Yenisabah.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayılıb. Buna səbəb İspaniya hökumətinin koronavirusa görə İtaliyadan gələn təyyarələrin enməyinə icazə verməməsi olub.
Qeyd edək ki, "Sevilya" - "Roma" matçı sabah, Bakı vaxtı ilə 21:55-də başlamalı idi.