Yenilik.Az
www.Yenilik.Az » İdman » "20 qoyun təklif etmişik, klubdan cavab gözləyirik" - Ronaldonu LAĞA QOYDULAR

"20 qoyun təklif etmişik, klubdan cavab gözləyirik" - Ronaldonu LAĞA QOYDULAR

"20 qoyun təklif etmişik, klubdan cavab gözləyirik" - Ronaldonu LAĞA QOYDULAR
2022-07-29 , 20:13

Farer adalarının “Klaksvik” klubu “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə bağlı qeyri-ciddi paylaşım edib.

Yenilik.az xəbər verir ki, adıçəkilən komanda “qırmızı şeytanlar”dan ayrılmaq fikrində olan 37 yaşlı superulduzu məsxərəyə qoyub.
Onlar Portuqaliya millisinin kapitanı üçün ingilislərə qoyun sürüsü təklif etdiklərini yazıblar:
“Biz Ronaldo üçün ən yaxşı 20 qoyunumuzu təklif etdik. Hazırda “Mançester Yunayted”dən cavab gözləyirik”.Qeyd edək ki, “Mançester Yunayted”in yay təlim-məşq toplanışına qatılmayan Kriştiano Ronaldo rəhbərlikdən gələn ilin yayına qədər olan müqaviləsinə xitam verilməsini tələb edib. (apasport.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.