Yenilik.Az
www.Yenilik.Az » İdman » Futbolçudan KOBUDLUQ - Qadın hakimin başına yumruq vurdu - VİDEO

Futbolçudan KOBUDLUQ - Qadın hakimin başına yumruq vurdu - VİDEO

Futbolçudan KOBUDLUQ - Qadın hakimin başına yumruq vurdu - VİDEO
2022-08-01 , 16:26

Argentinada futbolçu gözləniləməz və alçaq hərəkət edib. O, qaçaraq arxadan qadın hakimin başına yumruq vurub.

Argentinada həvəskarlar liqasının “Qarmense” və “Deportivo İndependensiya” komandalarının Tres Arroyos şəhərində keçirilən oyunu böyük qalmaqalla başa çatıb.
Matçın ikinci hissəsində futbolçulardan biri meydanın mərkəzində kobudluq edib və hakimin fitindən sonra topu meydandan kənarlaşdırıb.
Bu qarşılaşmanı idarə edən 30 yaşlı qadın hakim Dalma Kortadi, fitdən sonra topa vurduğu üçün “Qarmense” klubunun futbolçusu Kristian Tironeyə haqlı olaraq sarı vərəqə göstərib.
Nəticədə meydanda mübahisə yaranıb və davaya çevrilib. Sarı vərəqə alan Tirone hakimi təhqir etməyə başlayıb və o, hakimi meydandan kənarlaşdıraraq ona qırmızı vərəqə göstərib.
Qadın hakim dəftərə futbolçunun adını yazarkən o, arxadan hakimin yanına qaçaraq yumruğunu onun başına vurub.
Şoka düşən Dalma Kortadi zərbədən bir neçə saniyə sonra ayağa qalxıb. Polis nümayəndələri dərhal meydançaya qaçaraq qeyri-adekvat futbolçunu saxlayıblar.
Qarşılaşma dayandırılıb, qadın hakim xəstəxanaya aparılıb. Müayinədən sonra o, evə buraxılıb.
Məlumata görə, qeyri-adekvat “Qarmense” oyunçusu nəinki idmandan uzaqlaşdırılacaq, həm də həbs oluna bilər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.