Yenilik.Az
www.Yenilik.Az » İdman » Ronaldo bu kluba keçməyə razılıq verdi - İddia

Ronaldo bu kluba keçməyə razılıq verdi - İddia

Ronaldo bu kluba keçməyə razılıq verdi - İddia
2022-08-28 , 15:38

İdman ictimaiyyətində son günlərin ən çox müzakirə olunan mövzularından biri “Mançestr Yunated”-in hücumçusu Kriştian Ronaldonun gələcək taleyi ilə bağlı olandır. İngiltərə klubunda xoşbəxt olmayan və Çempionlar Liqasında çıxış etmək istəyən Ronaldo ilə bağlı yeni bir iddia səsləndirilib.

Yeniavaz.com xəbər verir ki, “La Gazzetta dello Sport” nəşri K. Ronaldonun İtaliyanın ”Napoli” komandasına keçməyə razılıq verdiyini iddia edib.
Qeyd olunub ki, keçid yaxın vaxtlarda reallaşacaq:
““Napoli”nin icarəyə götürəcəyi portuqaliyalının maaşını “Mançestr Yunated” ödəyəcək. Bununla belə, “Napoli” hücumçusu Viktor Osimxenin 100 milyon avro müqabilində “Mançestr Yunated”ə keçməsinə razılıq verəcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.