"Bir az intizamdan kənara çıxdıq”-Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının 13-cü turunda “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
Yenilik.az xəbər verir ki, Qurban Qurbanov “Ramil məni aldatdı, oturduğu yerdən dedi ki, penaltini Musa vursun. Bir az intizamdan kənara çıxdıq” deyib.
Baş məşqçi oğlu Musa Qurbanlının matçın son dəqiqələrində yararlana bilmədiyi penaltidən danışıb:“Musa penalti vuranda da çox şey fikirləşmədim. Birinci və axırıncı dəfə oldu. İntizamdan kənara çıxmaq olmaz. Bombardirlik yarışında heç vaxt intizamdan kənara çıxmamışam. Dəfələrlə olub ki, kimsə penalti vurmaq istəyib, amma əsas penalti vuran olub”.
OXŞAR XƏBƏRLƏR