Yenilik.Az
www.Yenilik.Az » İdman » İngiltərə klubu Ronalduya transfer üçün bir pint pivə və piroq təklif etdi

İngiltərə klubu Ronalduya transfer üçün bir pint pivə və piroq təklif etdi

İngiltərə klubu Ronalduya transfer üçün bir pint pivə və piroq təklif etdi
2022-11-15 , 18:49

İngiltərə Şimali Premyer Liqasının Premyer Divizionunun “Blayt Spartans” klubu hücumçu Kriştianu Ronaldunun transferi üçün “Mançester Yunayted”ə bir pint pivə (≈ 0,568 litr) və piroq təklif edib.

Xatırladaq ki, noyabrın 13-dən 14-nə keçən gecə 37 yaşlı portuqaliyalının hazırkı klubu barədə müsahibəsinin bir hissəsi (tam versiya noyabrın 16-da yayımlanacaq) dərc olunub.
Futbolçu müsahibədə hazırkı klubunu, baş məşqçi Erik Ten Haqı, “mankunianlar”ın keçmiş baş məşqçisi Ralf Ranqniki tənqid edib. Futbolçu, eyni zamanda, keçmiş komanda yoldaşı Ueyn Runinin tənqidlərinə cavab verib.
Daha sonra məlum olub ki, Kriştianu Ronaldunun vəkilləri “Mançester Yunayted”lə müqaviləyə xitam verilməsi üzərində işləyirlər. Müqavilə isə 2023-cü ilin yayına qədər qüvvədədir.
Mənbə: “Goal”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.