Yenilik.Az
www.Yenilik.Az » İdman » Azərbaycanda məmurdan baxımlı qol - VİDEO

Azərbaycanda məmurdan baxımlı qol - VİDEO

Azərbaycanda məmurdan baxımlı qol - VİDEO
2022-11-19 , 18:40

Dövlət qurumları arasında keçirilən minifutbol turnirinə start verilib.

Yenilik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, turnirin açılış matçında KOBİA və SOCAR komandaları üz-üzə gəlib.
Qarşılaşma KOBİA-nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. KOBİA-ya qələbə qazandıran yeganə qola qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov imza atıb.
Qeyd edək ki, Orxan Məmmədov eyni zamanda, “Zirə” futbol klubunun Müşahidə Şurasının sədri, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidentidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.