Yenilik.Az
www.Yenilik.Az » İdman » Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib
2022-11-20 , 12:19

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı davam edir.

 
Yenilik.az xəbər verir ki, mundialın 5-ci günündə Azərbaycan millisinin üzvü Mehparə Məmmədova (48 kq) ikinci döyüşünə çıxıb.
1/16 final mərhələsində Lyuba Atanasovanı (Bolqarıstan) mübarizədən kənarlaşdıran təmsilçimiz bu dəfə monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayıb. Döyüş Məmmədovanın 5:0 (29:27, 29:27, 29:27, 30:26, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.
 
Boksçumuz 1/4 finalda qazaxıstanlı Gülnaz Buribayeva ilə üz-üzə gələcək.
 
Ondan fərqli, Sənan Hətəmov dünya çempionatı ilə vidalaşıb. 67 kq çəkidə mübarizə aparan təmsilçimiz 1/8 finalda Nurbek Mursalla (Qazaxıstan) qarşılaşıb və rəqib mərhələ adlayıb.
 
Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.