Yenilik.Az
www.Yenilik.Az » İdman » “Champions Chess Tour”: - Şəhriyar Məmmədyarov uduzdu

“Champions Chess Tour”: - Şəhriyar Məmmədyarov uduzdu

“Champions Chess Tour”: - Şəhriyar Məmmədyarov uduzdu
2022-11-21 , 10:55

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində mübarizəni başa vurub. 

Yenilik.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun sonuncu - yeddinci turunda Vyetnam təmsilçisi Le Kuanq Lyoma 1:3 hesabı ilə uduzub.
Məmmədyarov 8 şahmatçı arasında yarışı 6 xalla 7-ci yerdə başa vurub. Hazırkı dünya çempionu Maqnus Karlsen 20 xalla turnirin qalibi olub.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutmuşdu.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.