Yenilik.Az
www.Yenilik.Az » İdman » Kriştiano Ronaldo yeni klubu ilə anlaşır

Kriştiano Ronaldo yeni klubu ilə anlaşır

Kriştiano Ronaldo yeni klubu ilə anlaşır
2022-11-30 , 19:16

"Mançester Yunayted"dən ayrılan Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçməyə yaxındır.

Yenilik.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında sövdələşmə yekunlaşmaq üzrədir. 38 yaşlı forvardın illik 200 milyon avro maaş olmaqla 2,5 mövsümlük müqavilə imzalaması gözlənilir. Sözləşməni tamamlamaq üçün heç bir hüquqi maneə yoxdur. Həm Avropa, həm də MLS klublarından heç biri “Əl-Nasr”ın irəli sürdüyü şərtlərə bənzər təklif etməyib.
Qeyd edək ki, hazırda Portuqaliya millisinin heyətində dünya çempionatında iştirak edən Kriştiano Ronaldo bu günlərdə “Mançester Yunayted”dən ayrılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.