Peleyə respirator infeksiyası diaqnozu qoyuldu

Braziliyalı keçmiş futbolçu Peleyə respirator infeksiyası diaqnozu qoyulub.Yenilik.az xəbər verir ki, futbol üzrə üçqat dünya çempionu San-Pauludakı xəstəxanaya yerləşdirilib.82 yaşlı Pelenin vəziyətinin stabil olduğu, bir neçə gün xəstəxadanada qalacağı bildirilib.
Xatırladaq ki, 2021-ci ilin sentyabrında Peleyə yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.