Yenilik.Az
www.Yenilik.Az » İdman » Messinin oğlu Argentinanın oyununa gəldi - VİDEO

Messinin oğlu Argentinanın oyununa gəldi - VİDEO

Messinin oğlu Argentinanın oyununa gəldi - VİDEO
2022-12-06 , 19:03

Lionel Messinin oğlu Argentina millisinin oyunu zamanı azarkeşlərə konfet atıb.

Yenilik.az-ın xarici mediaya istinadla xəbərinə görə, PSJ-nin hücumçusunun ailəsi 2022-ci il futbol üzrə dünya çempionatının 1/8 finalında Argentina - Avstraliya (2:1) oyununda iştirak edib.
Lionel ailəsinin lojasının altında çoxlu Argentina pərəstişkarları olub, onlar mahnı oxuyub, Leonun həyat yoldaşı və uşaqlarını telefonla lentə alıblar. Messi və Antonella Rokuzzonun ortancıl oğlu 7 yaşlı Mateo izdihamın arasına konfet atıb və buna görə anası onu danlayıb.
Messinin oğlunun davranışı əsasən pərəstişkarlar arasında sevgi yaradıb. Onlardan biri sosial şəbəkədə yazıb: “Bu oğlan başdan ayağa argentinalıdır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.