Səudiyyə Ərəbistanı Ronaldonun sevgilisinə görə qanunu dəyişdirdi

Yenilik.az xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti Kriştiano Ronaldoya sevgilisi Corcina Rodrigeslə ölkədə birgə yaşamağa icazə verib.
Mülki hüquq üzrə ixtisaslaşmış səudiyyəli hüquqşünasların sözlərinə görə, ərəb ölkəsinin polisi artıq nikahdan kənar birlikdə yaşayan əcnəbi cütlükləri mühakimə etmir. Bunu qadağan edən qanun yalnız belə cütlüklərdəki tərəflərdən biri cinayət törətdiyi halda qüvvəyə minir.
Corcinanın Səudiyyə Ərəbistanı vizası almasl üçün iki yolu var: birincisi, “Əl-Nəsr” onunla bir növ əməkdaşlıq edir, bu halda o, işğüzar viza alır. İkinci isə ona 90 günlük turist vizası verilir.
Bununla belə, bir vəkilin dediyinə görə, Səudiyyə Ərəbistanının məşğulluq qanunları krallığa giriş vizası alan hər bir qadının Səudiyyə Ərəbistanında yaşayan kişinin arvadı, işçisi və ya qohumu olmasını tələb edir.
Başqa bir iddiaya görə, diplomatik nümayəndəliklər qanunla rəsmi nikahda olmayan qadına viza verə bilmir, amma buna göz yumurlar. “Nikahda olmayam kişi və qadın münasibətlərinin mahiyyətini açıqlamadan ayrı-ayrılıqda viza ala bilirlər” – deyə vəkil bildirib.