Yenilik.Az
www.Yenilik.Az » İdman » “Formula-1” Azərbaycanda ləğv olundu, Türkiyədə bərpa edildi

“Formula-1” Azərbaycanda ləğv olundu, Türkiyədə bərpa edildi

“Formula-1” Azərbaycanda ləğv olundu, Türkiyədə bərpa edildi
2020-08-25 , 17:54

“Formula-1”in builki yarış təqviminə Türkiyə Qran-Prisi əlavə olunub.

Yenilik.az xəbər verir ki, 13-15 noyabrda İstanbul Park adlanan yarış yerində Türkiyə Qran-Prisi keçiriləcək.
Bu, 2005-2011-ci illərdə Türkiyədə keçirilmiş yarışın bərpa olunması deməkdir.
Bəhreyndə isə iki Qran-Pri baş tutacaq.
Beləliklə, bundan sonra ilin sonunadək bu yarışlar Belçika (28-30 avqust), İtaliya (4-6 və 11-13 sentyabr), Rusiya (25-27 sentyabr), Almaniya (9-11 oktyabr), Portuqaliya (23-25 oktyabr), İtaliya (31 oktyabr – 1 noyabr), Türkiyə (13-15 noyabr), Bəhreyn (27-29 noyabr və 4-6 dekabr) və BƏƏ-də (11-13 dekabr) keçiriləcək.
Xatırladaq ki, bu il pandemiya səbəbindən Azərbaycan Qran-Prisi ləğv olunub. Oxu.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | yeni[email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.