Azərbaycanda yeni milli komanda yaradılır

Azərbaycanda futbol üzrə yeni milli komanda yaradılır.
NƏSİMİ PAŞAYEV
“Yeni Sabah” xəbər verir ki, bunu qurumun AFFA-nın yeni vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
O bildirib ki, sədri olduğu komitə 23 yaşadək futbolçulardan ibarət milli komandanın yaradılmasını təklif edib. V. Sadıqov qeyd edib ki, həmin komandaya yerli baş məşqçi təyin olunmalıdır.