Messi “Barselona”dan gedişini şərh edib – “Bu, vida deyil”

Messi “Barselona”dan gedişini şərh edib – “Bu, vida deyil”

İspaniyanın “Barselona” futbol komandasının keçmiş hücumçusu, Argentina yığmasının oyunçusu Lionel Messi sosial şəbəkədəki hesabında Katalon klubundan ayılması ilə bağlı fikirlərini paylaşıb.
Hücumçu bu barədə instaqramdakı hesabında yazıb.

“Başqa cür getmək istərdim, hərçənd güman edirəm ki, vidalaşma heç vaxt xoş nə iləsə la bilməz. Mən burada oynamağa davam etmək istərdim, bunun üçün hər şeyi etdim, sonda, bu olmadı.
Uzun illər məni klubda əhatə edənlərin hamısına yalnız təşəkkür sözlərim var. Və bizim azarkeşlərimiz üçün, hansılar ki, mənə bütün sevgilərini verdilər və mən də onlara göy-narıncı formada eyni cür cavab verməyə çalışdım.
Gedirəm, amma bu, vida deyil, sonra görüşərik”, – argentinalı instaqramda yazıb.
Qeyd edək ki, Argentina millisinin futbolçusu “Barselona ilə yollarını ayırıb. Klub İspaniya çempionatının maliyyə qaydalarına görə 34 yaşlı futbolçu ilə yeni müqavilə bağlaya bilməyib.
Messi 2003-cü ildən “Barselona”da çıxış edib. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, 7 dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu 3 dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.
Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Geri qayıt