“Mükafatlardan ötrü darıxmağa başlamışam”

“Mükafatlardan ötrü darıxmağa başlamışam” “Mançester Yunayted”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldoya milli komandaların ən yaxşı bombardiri mükafatı təqdim olunub.

Mükafatlandırma mərasimindən sonra 37 yaşlı hücumçu jurnalistlərlə duyğularını bölüşüb:

“Mən çox məmnunam. Artıq mükafatlar üçün darıxmağa başlamışam. Birlikdə oynadığım və oynamağa davam edəcəyim insanlarla fəxr edirəm”.

Qeyd edək ki, K.Ronaldo 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etməyi planlaşdırdığını da bildirib.

Geri qayıt