Ronaldonu “Mançester Yunayted”də onlar əvəz edə bilər

Ronaldonu “Mançester Yunayted”də onlar əvəz edə bilər "Mançester Yunayted"də portuqaliyalı hücumçu Kriştiano Ronaldonu əvəzləyəcək namizədlər bəlli olub. 
Yenilik.az-ın məlumatına görə, bu barədə “Twitter”də jurnalist Florian Plettenberq bildirib.
Müxbirin sözlərinə görə, hazırda "Barselona"da çıxış edən Memfis Depay komandaya qayıda bilər. Kataloniya klubu futbolçunu buraxmağın əleyhinə deyil. 
“Napoli”nin hücumçusu Viktor Osimhenin transferinin prioritet variant olaraq qaldığı, lakin İtaliya komandasının “Mançester Yunayted”in nə qədər ödəməsindən asılı olmayaraq, futbolçu ilə ayrılmağı planlaşdırmadığı dəqiqləşdirilir.
Eyni zamanda ESPN xəbər verir ki, Ronaldonun yerinə daha bir neçə futbolçu nəzərdən keçirilir. Onların arasında Hollandiyanın PSV klubunun hücumçusu Kodi Qakpo və “Milan”ın hücumçusu Rafael Leau da var. Noyabrın 22-də “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozduğunu rəsmən elan edib. Portuqaliyalı ilə müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verildiyi bildirilib. Futbolçu daha əvvəl klubu xəyanətdə günahlandıraraq mankunianların baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.
Geri qayıt