Çempion olan daha bir türkiyəli atlet qələbəsini Azərbaycana həsr etdi

Təltifetmə mərasimindən sonra Nuray Güngör Azərbaycan bayrağına qarşı təxribata görə İrəvanda yarışmaqdan imtina etmiş Azərbaycan idmançılarını unutmadığını bildirib: “Azərbaycanlı qardaşlarımız üzülməsinlər. Onlar yoxdursa, biz varıq. İstiqlal Marşımızı Ermənistanda səsləndirdiyimiz üçün çox xoşbəxtik”.
Daha əvvəl 45 kiloqram çəki dərəcəsində çempion olmuş Cansu Bektaş və kiçik gümüş mükafata yiyələnmiş Qəmzə Altun da qələbələrini Azərbaycana həsr etdiklərini bildiriblər.