Azərbaycan Premyer Liqasında komanda sayı dəyişdi?

Azərbaycan Premyer Liqasında komanda sayı dəyişdi? Azərbaycan Premyer Liqasında komanda sayı 10 olaraq qalıb.
 
Bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasından sonra məlumat verib.
 
O bildirib ki, ötən mövsüm sonuncu yeri tutan “Şamaxı” I Diviziona düşüb. Əvəzində “Araz Naxçıvan elitaya yüksəlib.
 
I Divizionda 10, yeni yaradılan II Divizionda isə 12 komanda yarışacaq. /Oxu.az/

Geri qayıt