Yenilik.Az
www.Yenilik.Az » Kriminal » ŞAMAXIDA 61 TORPAQ SAHƏSİ VƏ 5 MİLYONA YAXIN PUL ... - Arif Alışanovun məhkəməsində nələr üzə çıxdı?

ŞAMAXIDA 61 TORPAQ SAHƏSİ VƏ 5 MİLYONA YAXIN PUL ... - Arif Alışanovun məhkəməsində nələr üzə çıxdı?

ŞAMAXIDA 61 TORPAQ SAHƏSİ VƏ 5 MİLYONA YAXIN PUL ... - Arif Alışanovun məhkəməsində nələr üzə çıxdı?
2021-07-18 , 10:42

İyunun 16-da Sumqayıt Apellyasiya Məhkəməsində AzTV QSC-nin keçmiş sədri Arif Alışanova sui-qəsddə və ona qarşı dələduzluqda ittiham olunan Şamaxı sakini Şücayət Əkbərovun məhkəməsi keçirilib.

Xatırladaq ki, bu cinayət işi 2018-ci ildən etibarən medianın gündəmində olan ən qalmaqallı məhkəmə çəkişmələrindən biridir. 2018-ci il iyun ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Şücayət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il və Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
A.Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarıyla Şücayət Əkbərovun cəzası 18 ildən 16 ilə, Zöhrab Şirinovun cəzası isə 16 ildən 14 il 6 aya endirilib. Qoçəli Cəbiyev həbsxanada vəfat edib, Zöhrab Şirinov isə xərçəng xəstəliyinə tutulub.
Yaxınlarının bildirdiyinə görə, iki dəfə açıq ürək əməliyyatı keçirmiş, şəkər xəstəliyindən əziyyət çəkən Şücayət Əkbərovun səhhəti isə ağırdır. O, həbsxana şəraitində müalicə olunur. Xatırladaq ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd), 178 (dələduzluq), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.
Bu il aprelin 9-da Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından verilən şikayətə Ali Məhkəmədə baxılıb. Məhkəmə birinci instansiyanın qərarını ləğv edərək işi yenidən apellyasiya mərhələsinə qaytarıb. Qərara görə, məhkəmə istintaqı aparılmalı, zərərçəkənlər -Arif Alışanov və qızı Nigar Alışanova məhkəmdə təqsirləndirilənlərlə üzləşdirilməlidir.
Mayın 4-dən Sumqayıt Apellyasiya Məhkəməsində bu iş üzrə yenidən məhkəmə prosesi başlayıb.
Şücayət Əkbərovanın qızı Cəmilə Tağıyeva “AzPolitika.info”-ya bildirib ki, Ali Məhkəmənin tələbi olsa da əvvəlki iki prosesə Arif Alışanov və qızı qatılmayıb. Onun vəkilləri şifahi şəkildə bildiriliblər ki, Alışanov xəstə olduğu üçün prosesdə iştirak etmir, amma bununla bağlı məhkəməyə sənəd təqdim edilməyib. Amma məhkəmə onların dediklərini nəzərə alıb.
C. Tağıyevə dünən keçirilmiş proses haqqında bildirib ki, A. Alışanov və qızı prosesə 1 saatdan artıq gec qatılıb: “O, məhkəmə salonuna məhkumların gətirildiyi dəhlizdən daxil oldu. Halbuki bütün iştirakçılar zala ümumi giriş qapısından keçməlidirlər. Sanki Arif müəllimə və qızına xüsusi şərait yaradılmışdı”.
C. Tağıyevanın sözlərinə görə, prosesdə atasının vəkilləri Arif Alışanova işin mahiyyəti ilə bağlı çoxsaylı suallar ünvanlasalar da hakimlər onları protokoldan çıxarıb: “Bu suallardan biri yüksək dövlət vəzifəsi daşımış Alışanovun davasını apardığı milyonlarla manatı haradan və necə əldə etməsi ilə bağlı idi. Amma hakim bu sualı çıxartdığına görə cavabsız qaldı. Bununla hakimlər zərərçəkənlərə açıq-aşkar tərəfkeşlik etdi”.
Ş. Əkbərovun qızı deyir ki, Arif Alışanovun iddiası ilə atası həm də Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə ittiham edilib: “Bu ittiham tamamilə absurddur. Alışanov prosesdə iddia etdi ki, güya atam onu 40 dəfə aldadıb, bir torpaq sahəsini ona göstərib, amma başqasını satıb. Nəticədə AzTV-nin keçmiş sədrinə 5 milyon manata yaxın zərər dəyib. Söhbət Alışanov tərəfindən müxtəlif vaxtlarda Şamaxıda alınmış 61 torpaq sahəsindən gedir. Həmin torpaq sahələrinin hamsının müayinə aktları, onlarda uyğun olaraq Dövlət Reyestr Xidmətindən “Çıxarış” var. Burada dələduzluq necə ola bilər? Dövlət məmurları sözügedən torpaq sahələrini bir-bir müayinə edib, əgər burada aldatma, dələduzluq, özgə əmlakını ələ keçirmə hadisəsi varsa, o zaman Reyestr Xidmətinin əməkdaşları niyə istintaqa çağrılıb sorğu-sual edilməyib?”
Cəmilə Tağıyevə bildirir ki, atasının müdafiəçiləri 61 torpaq sahəsinin müayinə aktlarını və “Çıxarış”-larını məhkəməyə təqdim etmək istəslər də hakimlər onu qəbul etmək istəməyiblər: “Bu faktın özü təsdiq edir ki, məhkəməyə kənardan ciddi təyziqlər var. Alışanov yenə əlaqələrini işə salıb məhkəməyə təzyiq etdirməklə istəyinə nail olmağa çalışır”.
Onun sözlərinə görə, atası həbs edildikdən sonra Ş. Əkbərova və anasına, o cümlədən həyat yoldaşı ilə özünə məxsus bütün əmlaklar zorakılıqla əllərindən alınaraq Arif Alışanovun qzının, həyat yoldaşının və sürücüsünün adlarına keçirilib: “Anamın bütün əmlakı əlindən alındı, heç bir şikayətinə baxılmadı, Ali Məhkəmənin Plenumu iıə baxmadan onların xeyrinə qərar çıxarıdı”.
C. Tağıyeva deyir ki, həyat yoldaşı ilə 2014-cü ildə ailə qurub, birgə nikah dövründə çalışaraq əldə etdikləri vəsait hesabına “Toyota Prado” markalı avtomobil alıblar: “Təsəvvür edin, həmin maşın da müsadirə edilib, istintaq, belə güman edib ki, güya bizim halal avtomobilimiz də Arif Alışanovun pulu ilə alınıb. Bu ağılasığmaz, absurd qəaradır və bizim bütün hüqüqlarımızın Alışanovun sifarişi ilə qəsb olunmasıdır”.
C. Tağıyeva sonda ölkə Prezidenti İlham Əliyevə müraciət edərək, illərdir davam edən qanunsuzluqların kluminasiya həddinə çatdığını bildirir və kömək istəyir: “Hörmətli, cənab Prezident! Bu cinayət işi Ali Məhkəmə tərəfindən geri qaytarıldıqdan sonra bizdə ümidlər yaranmışdı ki, Apellyasiya Məhkəməsində obyektiv araşdırlma aparılaraq, ədalətli qərar çıxarılacaq. Amma təəssüf ki, ümidlərimiz özünü doğrultmur. Biz açıq-aydın görürük ki, Arif Alışanov yüksək hakimiyyət dairələrindəki əlaqələrində istifadə edərək məhkəməyə təzyiq etdirir. Sizdən çox xahiş edirik, ədalət naminə bizi Alışanovun bu zülmündən qurtarın. Biz artıq bu qanunsuzluqlara, özbaşınalıqlara dözə bilmirik. Ümidimiz sizədir!…”./“AzPolitika.info”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.