Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Azərbaycanlı müğənni otelin hamam otağında bıçaqlandı-VİDEO

Azərbaycanlı müğənni otelin hamam otağında bıçaqlandı-VİDEO

Azərbaycanlı müğənni otelin hamam otağında bıçaqlandı-VİDEO
2021-07-20 , 11:54

Bir neçə gün öncə Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.


1988-ci il təvəllüdlü Mirzəyeva Aygün Vaqif qızı 8-ci kilometr qəsəbəsində yerləşən hotellərin birinin hamam otağında olarkən ona şəxsiyyəti hələlik naməlum olan şəxs 23 bıçaq zərbəsi vurulub.
Məlumata görə yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, Aygün Mirzəyeva müğənni olub.(32gun.news)

Nizami Rayon Prokurorluğu Bakıda müğənninin hoteldə qətlə yetirilməsi barədə yayılan iddialara münasibət bildirib.
Rayon Prokurorluğundan Yeniavaz.com-a daxil olan məlumatda deyilir ki, qadın yaralıdır:
"İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir".
Qeyd edək ki, xəsarət alan A.Mirzəyevanın müğənni olduğu bildirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.