Yenilik.Az
www.Yenilik.Az » Kriminal » "13-15 yaşlı uşaqlar telefonda qumar oynayır"-VİDEO

"13-15 yaşlı uşaqlar telefonda qumar oynayır"-VİDEO

"13-15 yaşlı uşaqlar telefonda qumar oynayır"-VİDEO
2021-07-26 , 09:38

Blogger Səfər Eyvazov sosial şəbəkədə mərc saytlarının qurbanlarından danışıb və futbol mərc saytlarının insanları necə bədbəxt etdiyini, ailələri, insan həyatlarını necə darmadağın etdiyindən söz açıb. Yenilik.az xəbər verir ki, S.Eyvazov həmçinin bir çox tələbələrin də məhz həmin saytlara görə təhsildən kənarda qaldığını, narkomaniyaya qurşandığını, hətta 13-15 yaşlı uşaqların da artıq telefonda qumar oynadıqlarını bildirib. Bloger həmçinin "Mostbet" və "1xBet" kimi mərc saytlarının insanları aldatdığını, onların qazandıqları pulları müxtəlif bəhanələrlə vermədiyini iddia edib.

Yenilik.az həmin videonu təqdim edir və videoda sözügedən saytların ölkəmizdəki nümayəndələrinin də mövqeyini dərc etməyə hazır olduğunu bildirir. 

Xatırladaq ki, mərc saytlarını ölkənin bir çox tanınmış xəbər saytları və şou-biznes nümayəndələri də tez-tez reklam edirlər. 


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.