Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Sumqayıtda DƏHŞƏTLİ QƏTL: 27 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürdülər

Sumqayıtda DƏHŞƏTLİ QƏTL: 27 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürdülər

Sumqayıtda DƏHŞƏTLİ QƏTL: 27 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürdülər
2021-10-10 , 20:19

APA-nın məlumatına görə, hadisə gecə saatlarında şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb.

Şəhərin 5-ci mikrorayon ərazisində 2 nəfər arasında düşən mübahisə ölümlə nəticələnib. Sumqayıt şəhər 13-cü mikrorayon sakini 27 yaşlı Tural Abdulova mübahisə etdiyi şəxs tərəfindən bıçaq zərbəsi vurulub.
Ürək nahiyəsinə nüfuz edən bıçaq zərbəsi nəticəsində T. Abdulov hadisə yerində ölüb.
Meyit aidiyyatı üzrə təhvil verilib. Qətli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.