Yenilik.Az
www.Yenilik.Az » Kriminal » “Prokuror dedi ki, qızınıza yaxşı tərbiyə verəydiniz” - Zümrüd Yağmur - VİDEO

“Prokuror dedi ki, qızınıza yaxşı tərbiyə verəydiniz” - Zümrüd Yağmur - VİDEO

“Prokuror dedi ki, qızınıza yaxşı tərbiyə verəydiniz” - Zümrüd Yağmur - VİDEO
2021-10-13 , 14:25

Siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.

Sənayın anası Zümrüd Yağmur sosial şəbəkə vasitəsilə hadisə ilə bağlı detalları açıb. Z.Yağmur cinayətkarın bugünədək cəzasız qalmasında prokurorluq orqanlarını günahlandırıb.
“Sənayın təcavüzə uğraması ilə bağlı iki rəy var, amma nədənsə Yasamal Rayon Prokurorluğu – Elman Süleymanov və Tamerlan Qarayev deyib ki, biz eksperti çağıraq, ekspertin rəyini əsas götürək. Çağırdılar, sonra da dedilər ki, biz aşkar edə bilmədik... Həmin gecə Sənaya narkotik içirilib. Cinayətkara bir taksi narkotik gətirib. O taksinin nə özü, nə sürücüsü hələ də tapılmayıb. İstintaq kənarda qalıb, Sənayın ətrafındakıları çağırıblar ki, onu içən, çəkən görmüsünüz? Yasamal rayon prokuroru Elman Süleymanov mənə deyir ki, qızınıza  yaxşı tərbiyə verəydiniz. Dedim, hardan bilirsiniz mənim övladımın tərbiyəsi nədir? Bu qədər rəylərdən sonra bəlkə, mən sizin tərbiyənizi sorğulayım? Mənə biri cavab versin ki, mənim azyaşlı qızıma bunlar niyə yaşadılır? Prokurorluqda Sənaydan ifadələr o qədər kobud alınırdı ki, biz həmin vaxt Səbail Rayon Polis İdarəsinə getdik. Polisdə bizimlə çox yaxşı rəftar etdilər. Müstəntiq bizimlə çox insani davrandı”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.