Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Azərbaycanda anasından imtina edən qız həyat yoldaşı tərəfindən öldürüldü - VİDEO

Azərbaycanda anasından imtina edən qız həyat yoldaşı tərəfindən öldürüldü - VİDEO

Azərbaycanda anasından imtina edən qız həyat yoldaşı tərəfindən öldürüldü - VİDEO
2021-12-01 , 17:57

ATV-nin "Bizimləsən" proqramında anasından imtina edən qız qətlə yetirilib.

 
Pravda.az xəbər verir ki, proqramların birində Ləman adlı qızın axtarışına gələn ana telefon zəngiylə şoka düşmüşdü. Ləman adlı xanım, ərinin yanında olduğunu və ailəsindən imtina etdiyini bildirmişdi. O qeyd etmişdi ki, zamanında problem olanda anası onu ciddiyə almamışdı və artıq çox gecdir.
 
Aparıcı Zaur Baxşəliyev 30 noyabr tarixində yayımlanan "Bizimləsən" proqramında isə dəhşətli xəbəri izləyicilərə çatdırdı. Ləman adlı xanım əri tərəfindən başı kəsilərək qətlə yetirilib. Hadisədən sonra isə polisə gedərək təslim olub. Hadisə barədə araşdırmalar gedir.
 
Milli.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.