Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Azərbaycanda dərs zamanı CİNAYƏT: 5-ci sinif şagirdi BIÇAQLANDI

Azərbaycanda dərs zamanı CİNAYƏT: 5-ci sinif şagirdi BIÇAQLANDI

Azərbaycanda dərs zamanı CİNAYƏT: 5-ci sinif şagirdi BIÇAQLANDI
2021-12-03 , 15:03

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən bildirir ki, hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.
2010-cu il təvəllüdlü Bayramov Orxan Habil oğlu döş qəfəsinin bıçaqlanması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
O, məktəbdə 5-ci sinif şagirdi olan Əli adlı şəxs tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub.
Faktla bağlı araşdırmalara başlanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.