Yenilik.Az
www.Yenilik.Az » Kriminal » “Azpetrol”da iki polis bıçaqlandı

“Azpetrol”da iki polis bıçaqlandı

“Azpetrol”da iki polis bıçaqlandı
2021-12-29 , 15:54

Sumqayıtda polis əməkdaşlarını bıçaqlayan şəxs saxlanılıb.

Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, dekabrın 28-i saat 20 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında Sumqayıt şəhər polis idarəsinin əməkdaşlarına xəsarətlər yetirilərək zor tətbiq olunması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, paytaxt sakini Ağa Əzimov qeyd edilən yanacaqdoldurma məntəqəsinin yaxınlığında əməliyyat tapşırığına əsasən həmin vaxt xidməti vəzifələrini icra edən Sumqayıt ŞPİ-nin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Xəqani Məmmədov və kiçik inspektoru Orxan Baxşəliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.