Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Azərbaycanda vəzifəli şəxsin qardaşı adam güllələdi

Azərbaycanda vəzifəli şəxsin qardaşı adam güllələdi

Azərbaycanda vəzifəli şəxsin qardaşı adam güllələdi
2022-02-23 , 17:00

İmişli rayonunda güllələnmə hadisəsi baş verib.


Hadisə fevralın 22-də rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Xalid İbrahimov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qisas almaq niyyəti ilə özünə məxsus ov tüfəngi ilə rayonun Sərxanlı kənd sakini Namiq Xankişiyevin ayaq nahiyəsinə iki dəfə atəş açaraq ona xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.
 
///Trend

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.