Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Polisdən qaçarkən 10 maşını əzən sürücüyə cəza verildi - VİDEO

Polisdən qaçarkən 10 maşını əzən sürücüyə cəza verildi - VİDEO

Polisdən qaçarkən 10 maşını əzən sürücüyə cəza verildi - VİDEO
2022-03-18 , 11:06

Bakıda yol polislərinin "dayan” əmrinə tabe olmayaraq digər avtomobillərə zərər vuran Kamran Cəbrayılzadə ilə bağlı qərar verilib.

Sfera.az-ın məlumatına görə, "Volkswagen Passat” markalı maşının sahibi K.Cəbrayılzadə barəsində istintaq yekunlaşaraq iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə K.Cəbrayılzadə 2 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sürücü apellyasiya şikayəti verib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında baş verib. K.Cəbrayılzadə polisdən qaçmaq istəyərkən süni sıxlıq yaradıldığını görüb maşını digər avtomobillərə çırpıb. Bu zaman 10-a yaxın avtomobilə maddi ziyan dəyib. Avtoxuliqanlıq edən şəxs vətəndaşların köməkliyi ilə saxlanılıb.

K.Cəbrayılzadə hadisəni narkotik vasitənin təsiri altında törətdiyini bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.