Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Goranboyda arvadını öldürən şəxsin FOTOSU

Goranboyda arvadını öldürən şəxsin FOTOSU

Goranboyda arvadını öldürən şəxsin FOTOSU
2022-03-25 , 12:35

Goranboyda həyat yoldaşını avtomobillə vurduqdan sonra bıçaqla qətlə yetirən şəxs saxlanılıb.


Yenilik.az bildirir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, "Land Rover Discovery" markalı avtomobillə rayonun Dəliməmmədli şəhərində həyat yoldaşı Məmmədova Əfsanə Faxrəddin qızını vuran Mehman Süleymanov sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bir ildir faktiki olaraq ayrı yaşayan Əfsanə ilə Mehmanın iki oğlu var. 

Qeyd edək ki, M.Süleymanov avtomobillə Əfsanəni Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında vurub, daha sonra bıçaqla ona xəsarətlər yetirib. Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı cinayət işi başlanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.