Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Bakıda DƏHŞƏT: Ana 1 yaşlı uşağını zəhərləyib öldürdü

Bakıda DƏHŞƏT: Ana 1 yaşlı uşağını zəhərləyib öldürdü

Bakıda DƏHŞƏT: Ana 1 yaşlı uşağını zəhərləyib öldürdü
2022-09-12 , 11:37

Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

 
Suraxanı rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
İş üzrə istintaq davam edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.