Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Başqa kişi ilə yazışdığına görə arvadını döyən kişi məsuliyyətdən azad edildi

Başqa kişi ilə yazışdığına görə arvadını döyən kişi məsuliyyətdən azad edildi

Başqa kişi ilə yazışdığına görə arvadını döyən kişi məsuliyyətdən azad edildi
2023-01-07 , 20:57

Sumqayıt Şəhər Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Cabbar Quliyev (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Yenilik.az xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işi araşdırılıb və qərar elan olunub.

İttihama görə, hadisə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən binaların birinin qarşısında yerləşən uşaq meydançasında qeydə alınıb. Samir Həsənov qısqanclıq zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşı Vəfa Quliyeva (şərti) sifət nahiyəsinə yumruqla qəsdən bir neçə zərbə vurub.

Məhkəmədə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Cabbar ifadəsində qeyd edib ki, evlərində mübahisə etdikdən sonra Vəfa atasıgilə gedib. Hadisədən 3-4 gün sonra onların məhəlləsi tərəfdən keçəndə arvadının skamyada oturduğunu, telefonla kiminləsə yazışdığını görüb. Vəfa Cabbarı görən kimi telefonu tez cibinə qoyub. O, həyat yoldaşından kiminlə yazışdığını soruşduqda qadın cavab verməyib. Cabbar Vəfadan telefonu ona verməsini tələb edib, lakin qadın imtina edib.

Cabbar Quliyevin sözlərinə görə, daha sonra o, arvadının sifət nahiyəsinə bir neçə zərbə endirib.

Hazırda onlar barışıb, Vəfa ərindən şikayətçi olmadığını məhkəməyə bildirib. Qərara əsasən, Cabbar Quliyev cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.