Yenilik.Az
www.Yenilik.Az » Kriminal » SÖYÜŞƏ GÖRƏ İKİ QAYDAŞ YANDIRILDI

SÖYÜŞƏ GÖRƏ İKİ QAYDAŞ YANDIRILDI

SÖYÜŞƏ GÖRƏ İKİ QAYDAŞ YANDIRILDI
2020-04-06 , 13:18

Ağcabədidə iki qardaşın üzərinə benzin tökərək yandırıblar.

BakuPost-un məlumatına görə, rayonun Boyat kənd sakinləri Ehtiram Əliyev və Yaşar Əliyev yanıq xəsarətləri ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlum olub ki, kənd sakini Amil Əmrahov münaqişə zəminində E. Əliyev və Y. Əliyev üzərilərinə benzin tökərək yandırıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, E. Əliyev və Y. Əliyev qardaşları A. Əmrahov və onun qardaşı Aftandil Əmrahovla telefon vasitəsilə nəlayiq ifadələr işlədiblər.
Daha sonra onlar kəndin kənarında görüşüblər. Bu zaman Amil Əmrahov idarə etdiyi avtomobildən benzin götürərək E. Əliyev və Y. Əliyev üzərilərinə töküb, daha sonra alışqanla onları yandırıb.
E. Əliyev və Y. Əliyev qardaşları Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra isə Bakıdakı Yanıq Mərkəzinə köçürülüblər.
Hadisə zamanı Amil Əmrahov özü də yanıq xəsarətləri alıb, Aftandil Əmrahov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.